Əməkdaşlığı müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalla görüşüb. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu barədə hökumətin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüşdə iki ölkənin ixtisaslaşmış strukturları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Paşinyan və Kal regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərə toxunublar.