"Media nümayəndələrinə isə, ümumiyyətlə, heç bir məhdudiyyət və qeydiyyat tələbi yoxdur”
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb.
AYNA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Pənahov bildirib ki, müşahidəçilər azad şəkildə məntəqələrdə seçki prosesini izləyəcəklər: "Media nümayəndələrinə isə, ümumiyyətlə, heç bir məhdudiyyət və qeydiyyat tələbi yoxdur. Jurnalistlərdən səsvermə günü bölgələrdən, xüsusilə də Qarabağdan prosesi bütün dünyaya çatdırmağı xahiş edirəm".