Parisdə yenidən etiraz aksiyası başladı

Dünya

12.12.2019 - 05:38

Fransada pensiya ilə bağlı islahatlar əhalinin etirazına səbəb olub 

 

Fransada pensiya islahatları ilə bağlı düzəlişlərdən sonra Parisdə yenidən aksiyalar başlayıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni islahatlara əsasən, 2027-ci ildən təqaüd yaşı 62-dən 64-ə qaldırılacaq. Bu qərar 2022-ci ildən iş fəaliyyətinə başlayanlara aid ediləcək və 1975-ci ildən əvvəl doğulanlara şamil olunmur. Baş Nazir Eduar Filippin sözlərinə görə, yeni islahatlar bütün həyatı boyu işləyənlərə 1000 avro məbləğində pensiya almağa imkan verəcək.

 

Qeyd edək ki, Fransada dekabrın 5-dən pensiya islahatları əleyhinə aksiyalar başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş