Parisdə bomba xəbərinə görə bir neçə bina təxliyə edilib

Dünya

21.02.2026 - 09:51

Təhdid məktubu alan yerlər arasında Monparnas qülləsi və Paris Siyasi Tədqiqatlar İnstitutu da olub

Fransa paytaxtında bir neçə əhəmiyyətli obyektə bomba qoyulması ilə bağlı elektron məktublar göndərilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, təhdid məktubu alan yerlər arasında Monparnas qülləsi və Paris Siyasi Tədqiqatlar İnstitutu da olub.

Bir neçə bina təxliyə edilib: əraziyə minaaxtaranlar cəlb olunub. Yoxlamalar zamanı heç bir təhlükəli əşya aşkar edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş