Papuaşvili: "Avropa Parlamenti Avronesti şantaj alətinə çevirib"

Dünya

01.11.2025 - 23:43

“Gürcüstan təşkilatın gələcək sessiyalarında iştirak etməyəcək”

“Avropa Parlamenti Avronest platformasını qonşu ölkələri şantaj etmək və öz siyasi gündəliyini tətbiq etmək üçün bir alətə çevirib”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spiker bildirib ki, “Gürcüstan təşkilatın gələcək sessiyalarında iştirak etməyəcək”.

Gürcüstan Parlament nümayəndə heyəti Avronest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasında iştirakdan imtina edib. Bu arada, iclasdan sonra Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edilib. Qətnamədə Parlament Assambleyası hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Gürcüstanın demokratik institutlarına sistematik hücumunu", eləcə də "26 oktyabr 2024-cü il tarixli saxtalaşdırılmış parlament seçkilərini" pisləyib və buna görə də "Gürcü Arzusu"nun səlahiyyətlərini tanımadığı bəyan edilib.

"Aydındır ki, Avropa Parlamenti Avronest platformasını qonşu ölkələri şantaj etmək və öz dar siyasi gündəliyini zorla tətbiq etmək üçün bir alətə çevirib", Papuaşvili bildirib.

Spiker qeyd edib ki, "Avropa Parlamentindəki bu qüvvələrin düşmənçilik və dar siyasi yanaşmaları nəzərə alınmaqla, Gürcüstanın daimi parlament nümayəndə heyəti gələcək Avronest sessiyalarında iştirak etməyəcək".

O bildirib ki, Gürcüstan yalnız Avropa Parlamenti konstruktiv dialoq üçün müvafiq şərait yaratsa, Avronestə qayıdacaq.

Papuaşvili bir daha Avropa Parlamentini "dar siyasi gündəliyindən imtina etməyə və qaydalara əsaslanan beynəlxalq nizama hörmət etməyə" çağırıb.

"Onun hazırkı antidemokratik yanaşmaları Avronest Parlament Assambleyasının özünütəcridinə və marjinallaşdırılmasına birbaşa yoldur", - spiker fikrini tamamlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş