Əl-Haram məscidində koronavirus pandemiyasının başlanmasından bu yana ilk dəfə sosial məsafə tədbirləri gözlənilmədən namaz qılınıb
AYNA xarici mediaya istinadən xəbər verir ki, müsəlmanların Həcc ziyarətinin mərkəzi olan Məkkə şəhərində yerləşən Əl-Haram məscidində məscid işçiləri tam hüquqlu xidmətlərin bərpası qərarına uyğun olaraq dindarlar üçün müəyyən güzəştlər tətbiq ediblər. Məscidin döşəməsindən sosial məsafə ilə bağlı stikerlər çıxarılıb.
Hazırda Ümrə ziyarətini edən əcnəbilərin qəbuluna hazırlıq işləri başlayıb.
Buna rəğmən Səudiyyə Ərəbistanı hökuməti bəyan edib ki, məscidə gələnlər COVID-19 əleyhinə tam peyvənd edilməli və maska taxmalıdırlar. Bundan əlavə əsas müsəlman ziyarətgahı olan Kəbəyə giriş məhduddur.
İyulda koronavirus məhdudiyyətləri səbəbindən ölkənin yalnız 60 min peyvənd edilmiş sakini Məkkəyə gələ bilib.