“Pandemiya dövründə dayanıqlı internet görmədik”

Cəmiyyət

05.06.2020 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Fazil Mustafa: “Gördük ki, ölkədə internetlə bağlı problem var”

 

Milli Məclisin bu gün baş tutan iclasında Azərbaycanın rabitə-internet sistemi tənqid olunub. AYNA xəbər verir ki, deputat Fazil Mustafa koronavirus dövründə ən uğursuz işləyən nazirlik kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini göstərib.

 

Millət vəkilinin sözlərinə görə, əhali pandemiya dövründə dayanıqlı internet görməyib.

 

“Tez-tez onlayn əlaqə kəsilirdi. Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsi təmin olunacaq. Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var", F.Mustafa əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş