İcazə verən də eyni orqandır, nəzarət edən də - <font color=red> ONA GÖRƏ QIRILIRIQ</font>

Cəmiyyət

02.09.2019 - 14:20

Eyyub Hüseynov: “Heç yerdə görünməyib ki, sertifikat verilməsi ilə nəzarət funksiyaları eyni orqana məxsus olsun”

 

Son günlər ölkənin müxtəlif bölgələrində kütləvi zəhərlənmə faktları aşkarlanıb. Xüsusilə, Şəki və İsmayıllıda təşkil olunmuş toy mərasimlərində meydana çıxan kütləvi zəhərlənmə faktları təhlükəli həddə çatıb. Hər iki fakt üzrə cinayət işi açılıb.

 

Baş verənlərlə bağlı AYNA-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, burada ilk növbədə müvafiq qurumlar günahkardır: “Məsələn, əvvəllər Səhiyyə Nazirliyi hər zaman bu cür halların üstünü ört-basdır edib. Halbuki, bu nazirlik bütün digər orqanlara sertifikat verən və əhalinin sağlamlığının keşiyində duran bir müəssisədir. Zəhərlənmə halı baş verən məhsulu sənayə üsulu ilə istehsal edən zavod, bunun üçün Səhiyyə Nazirliyinin verdiyi sertifikatı göstərər ki, özləri istehsala razılıq veriblər”.

Ülviyyə Şahin