Pakistanda partlayış baş verib, bir hərbçi həlak olub

Dünya

24.01.2023 - 01:17

Naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı ilə hücum təşkil ediblər

Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hərbçi həlak olub.

AYNA xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə rayonun cənubundakı Canı-Xel ərazisində qeydə alınıb, naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı ilə hücum təşkil ediblər.

Ordu hazırda terrorçuları məhv etmək üçün hadisənin baş verdiyi ərazini təmizləyir.

Müəllif: Ayna.az