Pakistanda güclü zəlzələ olub

Dünya

04.12.2023 - 19:49

İtki və dağıntılar barədə məlumat verilməyib

Pakistanda 5,5 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, hadisə ölkənin Bəlucistan vilayətində qeydə alınıb.

Zəlzələnin dərinliyi 60 kilometr olub.

Təbii fəlakətin nəticələri, o cümlədən itki və dağıntılar barədə hələ ki məlumat yoxdur.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi faktı təsdiqləyib. Məlumata görə, yeraltı təkanların episentri təxminən 141 min nəfər əhalisi olan Xuzdar şəhərindən 50 km cənub-qərbdə yerləşib.

Müəllif: Ayna.az