Pakistanda bazarda partlayış baş verib

Dünya

19.12.2021 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

Bir nəfər həyatını itirib, 10 nəfər yaralanıb

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərindəki bazarda baş verən partlayışda azı bir nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

AYNA xarici mediaya istinadən bildirir ki, partlayış motosikldə quraşdırılan qurğunun işə salınması nəticəsində baş verib.

Ətrafdakı nəqliyyat vasitələrinə ciddi zərər dəyib.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş