Rəsmi İslamabad Narendra Modini səfərə rəsmi dəvət edib
Rəsmi İslamabad Narendra Modini ŞƏT sammitində iştirak etməyə dəvət edib. AYNA xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti yazıb.
Pakistan Hindistanın Baş naziri Narendra Modini 15-16 oktyabr 2024-cü il tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçılarının Görüşündə iştirak etmək üçün İslamabada səfərə rəsmi dəvət edib.
Nəşr qeyd edib ki, Pakistan səkkiz ildə ilk dəfə Hindistan liderini ölkəyə rəsmi səfərə dəvət edib. Sonuncu dəfə, 2016-cı ildə Modi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) sammitində iştirak etmək üçün İslam Respublikasına dəvət olundu, lakin sonra Hindistan tədbiri boykot etdi.
Qəzetin yazdığına görə, İslamabad və Yeni Dehli arasında münasibətlərin hazırkı vəziyyətini nəzərə alaraq, Hindistanın Baş naziri üzbəüz görüş əvəzinə ŞƏT-in qarşıdakı iclasında iştirakın virtual formatı ilə məhdudlaşa bilər.