7 yaşayış məntəqəsinə hücumlar həyata keçirilib: Ləman kəndi tamamilə dağılıb
Pakistan təyyarələri Əfqanıstanın şərqindəki Paktika əyalətinin Barmal rayonunu bombalayıb. AYNA xəbər verir ki, bu barədə “Khaama Press” xəbər portalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, dekabrın 24-nə keçən gecə rayonun 7 yaşayış məntəqəsinə hücumlar həyata keçirilib. Ləman kəndi tamamilə dağılıb, rayon mərkəzindəki bazara ziyan dəyib. Çoxlu sayda itki var. Onların sayı arta bilər, çünki insanlar hələ də dağıntılar altında qalıblar.
Yerli sakinlər partlayışın Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən həyata keçirildiyini iddia ediblər.
Portalın məlumatına görə, hücumun hədəfi Pakistanın Vəziristanından olan qaçqınlar olub.