Pakistan ABŞ və İran arasında razılaşmaya ümid edir

Dünya

07.05.2026 - 20:13

"Biz nikbinliyimizi qoruyub saxlayırıq”

Pakistan ABŞ və İranın münaqişəyə tezliklə son qoymaq üçün razılığa gələ biləcəyinə ümid edir. AYNA.AZ xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tahir Andrabi deyib.

O Vaşinqton və Tehran arasında nə vaxt razılaşma gözlənilə biləcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Biz nikbinliyimizi qoruyub saxlayırıq. Sadə cavab budur ki, mümkün qədər tez bir zamanda razılaşma gözləyirik".

XİN rəsmisi vurğulayıb ki, Pakistan tərəflərin regionda və dünyada sülhə aparacaq "davamlı bir həll yolu"na çata biləcəyinə ümid edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş