İlham Əliyev"/>

"Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur" - <font color=red> İlham Əliyev</font>

Siyasət

14.10.2019 - 21:28

"Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur"

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşdə deyib.

 

"Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər bizim dostluq, qardaşlıq münasibətlərimizin inkişafına yeni təkan verəcək" - deyən dövlət başçısı bildirib ki, xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb: "Özbək və Azərbaycan xalqları əsrlərboyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu, möhkəm təməldir. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur. Əminəm ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik".

 

"Siz çox müdrik qərar qəbul etmisiniz, Özbəkistan Türk Şurasına qoşulub. Buna görə Sizə təşəkkür etmək və Türk Şurası üzvlərinin ümumi məmnunluğunu bildirmək istərdim. Biz bunu tarixi hadisə hesab edirik, bu, heç şübhəsiz, bizim həmrəyliyimizi, qarşılıqlı əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcək. Əminəm ki, sabahkı sammit Şura üzvü olan bütün ölkələr arasında münasibətlərin daha da inkişafına və həmrəyliyə xidmət edəcək. Azərbaycana xoş gəlmisiniz", - deyə Prezident İlham Əliyev qeyd edib.

 

Müəllif: Ayna.az