Elmar Məmmədyarov Belçika Krallığına gedib
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Belçika Krallığına yola düşüb.
Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfərdə məqsəd bu ilin 17 fevral tarixində Brüsseldə keçiriləcək Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak etməkdir.