Rusiya Baş nazirinin müavininin Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirakı nəzərdə tutulub
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barəd Rusiyadakı diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, Overçukun Bakıya səfəri oktyabrın 13-14-də nəzərdə tutulub, hazırda səfərin detalları razılaşdırılır.
Mənbənin bildirdiyinə görə, Overçukun Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirakı nəzərdə tutulub.
İran tərəfini isə üçtərəfli görüşdə nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiqin təmsil edəcəyi bildirilib.