Ötən sutka ərzində 4 nəfər xilas edilib – VİDEO

Xəbərlər

21.10.2024 - 12:59

cedabet dərman SEO Xidməti

FHN əməliyyat görüntüləri yayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş