Ötən sutka 72 halda yanğına çıxış olub

Xəbərlər

12.09.2024 - 14:03

cedabet dərman SEO Xidməti

Biri azyaşlı olmaqla 3 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 72 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 3 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş