Ötən sutka 5 nəfər xilas edilib

Xəbərlər

18.07.2024 - 12:59

Xilas edilənlərdən biri azyaşlıdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 74 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AYNA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla, ümumilikdə 5 nəfər xilas edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş