Ötən sutka 4 nəfər xilas edilib: 3-ü azyaşlıdır

Xəbərlər

19.07.2024 - 17:18

55 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN qüvvələri tərəfindən ötən sutka ərzində ümumilikdə 3-ü azyaşlı olmaqla, 4 nəfər xilas edilib, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş