Ötən il 54 min 500 şəxsə əlillik təyin olunub

Xəbərlər

12.01.2026 - 15:10

Onlardan 25 min 300 şəxsə ilkin, 29 min 200 şəxsə isə təkrar əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci il ərzində 54 min 500 şəxsə əlillik təyin edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Onlardan 25 min 300 şəxsə ilkin, 29 min 200 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş