Ötən həftə 70 nəfər xilas edilib - VİDEO

Xəbərlər

24.11.2025 - 14:31

252 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA.AZ-a bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 252 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 partlayış və 1 binada uçqun faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 70 nəfər xilas edilib, 12-si azyaşlı olmaqla 93 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, hadisələrdə 6 nəfər həyatını itirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş