Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Hadisə

29.05.2020 - 12:56

Həkimlər Klinikalar SEO Xidməti

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib

 

Daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. 

 

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş