3 avtomat, 3 tapança, 8 qumbara, 14 tüfəng, 9 patron darağı və 1029 ədəd patron aşkarlanıb
Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 8 qumbara, 14 tüfəng, 9 patron darağı və müxtəlif çaplı 1029 ədəd patron aşkar edərək götürüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.