Ötən gün 33 cinayətin üstü açılıb

Xəbərlər

26.11.2025 - 11:32

Borclu şəxs qismində axtarışda olan 232 nəfər saxlanılıb

Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 267, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,4 kiloqrama yaxın narkotik vasitə və 100 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb

Həmçinin həmin gün 1 avtomat silahı, 2 qumbara, 2 alışdırıcı və 9 tüfəng aşkar edilərək götürülüb. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş