Ötən gün 11 nəfər xilas edilib

Xəbərlər

10.08.2021 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Xilas edilənlərdən üçü azyaşlıdır

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 82 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 8 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-in Mətbuat  Xidmətindən AYNA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.

 

Sutka ərzində üçü azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib. Qaradağ rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Yusibov Cavidan Cavid oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılıb. Həmçinin Şabran rayonunda minik avtomobilinin Samur-Abşeron kanalına aşması nəticəsində sürücü Quliyev Mənsim Qəhrəman oğlunun meyiti xilasedicilər tərəfindən su kanalından çıxarılıb. Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.

 

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş