Ötən gün 10 nəfər koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Xəbərlər

09.09.2021 - 13:54

Həkimlər Klinikalar SEO Xidməti

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb

Sentyabr 8-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 10 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş