Ötən ay 44 aptekdə yoxlama keçirilib

Xəbərlər

04.09.2024 - 13:49

cedabet dərman SEO Xidməti

Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayı ərzində Bakı şəhəri və digər rayonlar üzrə ümumilikdə 44 aptekdə yoxlama aparıb.

Bu barədə AYNA-ya mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, yoxlama 31 aptekdə planlı, 13-də plandan kənar olub. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 452.4 maddə üzrə protokollar tərtib edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş