Ordumuzun mövqeləri atəşə tutulub

Xəbərlər

16.02.2024 - 14:38

cedabet dərman SEO Xidməti

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş