Müdafiə Nazirliyi ermənilərin iddialarını təkzib edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurulması ilə bağlı yaydığı məlumatları təkzib edib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Azərbaycan Ordusuna məxsus PUA-nın cəbhə xəttində guya vurulması barədə Ermənistanın yaydığı məlumat yalandır.