Orban: “NATO Ukraynada qondarma missiya yaratmaq istəyir”

Dünya

14.06.2024 - 13:42

Həkimlər Klinikalar SEO Xidməti

“NATO Ukraynaya yardım göstərmək üçün 3 ölkədə bazalar yaratmaq niyyətindədir”

“NATO Ukraynaya silah tədarükünü koordinasiya etmək üçün Polşa, Rumıniya və Slovakiyada yeni hərbi bazalar yaratmaq istəyir”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsində deyib.

“NATO Ukraynada qondarma missiya yaratmaq istəyir. Bu o deməkdir ki, NATO Ukraynaya tədarük edilən silahların təhvil verilməsini koordinasiya edəcək. Onlar silahların ötürüləcəyi üç böyük hərbi baza yaradacaqlar”, - deyə siyasətçi bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansı ilə Ukraynanın hərbi-texniki əməkdaşlıq üçün yol xəritəsini təsdiqlədiyini bildirib. Lakin NATO-nun baş katibi heç bir təfərrüat açıqlamayıb.

Müəllif: Ayna.az