Onlayn Media Klubundan Prezidentin mətbuatla bağlı Sərəncamına <font color=red> REAKSİYA</font>

Cəmiyyət

01.07.2020 - 14:28

Həkimlər Klinikalar SEO Xidməti

“Sərəncam dövlətin bu sahəyə olan diqqətinin əyani sübutudur"

 

Onlayn Media Klubu Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı barədə bəyanat verib. AYNA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, Sərəncam dövlət başçısının bu sahəyə olan diqqətinin əyani sübutudur.

 

Klubun həmtəsisçiləri və üzvləri hesab edirlər ki, ölkəmizdə milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə dövlət başçısı buna qədər də mühüm Fərman və Sərəncamlar imzalayıb.

 

“Bütün bunlar isə onu deməyə əsas verir ki, kütləvi informasiya vasitələri (KİV) ölkəmizin ictimai-siyasi həyatında yerini və müasir cəmiyyət quruculuğu prosesində rolu danılmazdır və bu, dövlətimizin ən yüksək səviyyəsində nəzərə alınır. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olması ilə bağlı Sərəncam bu baxımdan jurnalistlər tərəfindən çox yüksək qiymətləndirilir. Sərəncamda Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı bənd isə KİV-in fəaliyyətinin daha da stimullaşdırılmasını şərtləndirən ən əhəmiyyətli məsələlərdən biridir”, - deyə bəyanatda qeyd olunub.

 

Sənəddə vurğulanıb ki, ölkə rəhbərliyinin, xüsusən dövlət başçısının milli mətbuata olan diqqəti xüsusilə 3 əsas məqamı özündə birləşdirir: “Birincisi, ölkəmizdə Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafı dövətçilik ənənələrinin formalaşması fonunda ciddi əhəmiyyət kəsb edir. Milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində bu sahənin daha da inkişaf etdirilməsinin zəruriliyi gündəmə gətirilir. İkincisi, mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyur, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinə yeni töhfələrini aktuallaşdırır. Milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində KİV-in rolu bundan sonra da əhəmiyyətli dərəcədə artırılır. Üçüncüsü, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolu diqqətdə saxlanılır”.

 

“Şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri çərçivəsində dövlət siyasətinin bir hissəsi də medianın üzərində cəmləşir. KİV ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi missiyasını daha effektiv şəkildə həyata keçirə bilər ki, bunun üçün də müstəqil, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media formalaşmalıdır. Prezident İlham Əliyevin Sərəncamında media nümayəndələrinə bu mesaj da çatdırıldı ki, kütləvi informasiya vasitələri  ölkəmizdə həyata keçirilən köklü islahatlara öz töhfəsini verməli, fəaliyyətlərində qabaqcıl texnologiyaları geniş tətbiq etməlidir. Onlayn Media Klubu bir daha bu diqqətə görə ölkə başçısına dərin minnətdarlığını bildirir”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş