Elmar Vəliyev vurulandan sonra ilk dəfə danışdı: “Yunis kimdir, nə olub ki?”

Cəmiyyət

06.01.2020 - 13:08

Sabiq icra başçısı: “Nə istəyirsən, nə məhkəmə, sən kimsən?”

 

Məlum olduğu kimi, 2018-ci ildə sui-qəsdə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır. Prosesdə iş üzrə təqsirləndirilən Yunis Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.

 

Bu hadisə ilə bağlı istintaqın Elmar Vəliyevi dindirmədiyi xəbəri yayılmışdı. Buna səbəb isə keçmiş icra başçısının səhhətinin yaxşı olmaması göstərilirdi. Bu baxımdan ötən 1 ildən artıq zaman müddətində Elmar Vəliyevin səhhəti ilə bağlı bir-birinə zidd fikirlər yayılıb.

 

AYNA xəbər verir ki, məhkəmədən əvvəl gununsesi.org-un əməkdaşı Elmar Vəliyevlə danışa bilib. Sabiq icra başçısı ilə telefon söhbətini olduğu kimi təqdim edirik:

 

- Salam Elmar müəlim.

- Kimdir?

- “Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir?

- Yaxşıyam. Nə olub ki?

- Yəqin ki, xəbəriniz var, Yunus Səfərov məhkəmə  qarşısına çıxarılır…

- Yunis kimdir?

- Sizə sui-qəsd cinayətini törədən şəxs…

- Hə, nə istəyirsən?

- Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi?

- Nə məhkəmə e, sən kimsən?

 - Dedim axı, jurnalistəm...

 - …

 

Sonuncu replikadan sonra Elmar Vəliyev telefonun dəstəyini asıb.

Müəllif: Ayna.az