Məktəblilərə süd paylanılmasına başlanılıb

Cəmiyyət

04.12.2019 - 17:31

Həkimlər Klinikalar SEO Xidməti

“Məktəblilər üçün süd” pilot layihəsi həyata keçirilir

 

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulub. Bu barədə AYNA-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, həmin yarımbəndin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb və həmin işçi qrup tərəfindən “Məktəblilər üçün süd” pilot layihəsi hazırlanmışdır. Layihənin əsas hədəf dairəsi ibtidai siniflərdə təhsil alan şagirdlər nəzərdə tutulub.

Ayna.az