On bir ayda 49 min 400 şəxsə əlillik təyin olunub

Xəbərlər

11.12.2025 - 17:11

22 min 800 şəxsə ilkin, 26 min 600 şəxsə isə təkrar əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 49 min 400 şəxsə əlillik təyin edilib.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, onlardan 22 min 800 şəxsə ilkin, 26 min 600 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş