"İcazədən istifadə edib iş olmayan vaxtlarda da küçəyə çıxanlara tövsiyə olunur k, icazələrdən sui-istifadə etməsinlər”
“Azərbaycanda komendant saatının elan olunması ilə bağlı heç bir göstəriş yoxdur”.
AYNA xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
“Vəziyyət onu göstərir ki, bu gün Azərbaycanda komendant saatına ehtiyac yoxdur. Sadəcə olaraq Daxili İşlər Nazirliyinin komendant saatı elan olunması ilə bağlı çıxışı konteksdən çıxarılıb. Söhbət ondan gedir ki, vacib strukturlarda işləyən adamların evdən çıxmaq, işə getmək kimi icazələri var və bu icazədən istifadə edib iş olmayan vaxtlarda da küçəyə çıxırlar. Məhz onlara tövsiyə olunur k, icazələrdən sui-istifadə etməsinlər”,- deyə NK rəsmisi bildirib.