Olaf Şolts: “Ukraynadakı müharibə uzanacaq”

Dünya

09.05.2024 - 12:05

“Bu müharibənin istədiyimizdən daha uzun sürəcəyinə hazır olmalıyıq”,

Almaniya kansleri Olaf Şolts Ukraynadakı müharibənin uzanacağını proqnozlaşdırıb. AYNA xəbər verir ki, bu barədə “Tagesschau” nəşri yazıb.

“Hamımıza aydındır ki, bu müharibənin istədiyimizdən daha uzun sürəcəyinə hazır olmalıyıq”, - deyə kansler bildirib.

Şolts həmçinin Avropa ölkələrini Kiyevə daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

Eyni zamanda, aprel ayında Almaniya kansleri bildirmişdi ki, Almaniya hakimiyyətinin Ukraynaya “Taurus” raketlərini verməmək qərarı dəyişməz olaraq qalır. Şolts bunu Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında qeyd edib.

Öz növbəsində, Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusqen Şoltsun Ukraynaya “Taurus” uzaqmənzilli raketlərini verməkdən imtina etməsini pisləyib və onun mövqeyini anlaşılmaz adlandırıb.

Müəllif: Ayna.az