Kansler: "Əgər onunla danışmasam, istədiyim alınmayacaq"
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə dialoqu zəruri hesab edir. AYNA “Süddeutsche Zeitung” qəzetinə istinadən xəbər verir ki, Şolts bunu Potsdamda seçiciləri ilə görüşü zamanı bildirib.
Qeyd edək ki, sonuncu dəfə liderlər dekabrın 2-də telefonla danışıblar.
Xatırladaq ki, bu ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatların başlanması ilə bağlı fərman imzalayıb. Bu səbəbdən Qərb dövlətləri rəsmi Moskvaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib, Ukraynaya silah və hərbi texnika tədarükünü isə böyük həcmdə artırıb.