Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşıb

Xəbərlər

25.10.2025 - 17:41

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları ödənilib.

Oktyabrın 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş