Hadisə nəticəsində 2 nəfər xəsarət alıb
Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Kia" və VAZ-2106 markalı avtomobillər toqquşub. Zərbənin gücündən VAZ-2106 yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 2 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.