Paytaxt sakinləri məsuliyyətə cəlb olunublar
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bankomat aparatlarından birini sındıraraq oradan 38 min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri E.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, cinayətin iştirakçısı olan digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.