BŞBPİ"/>

"O, xəsarətləri polis bölməsində almayıb” – <font color=red> BŞBPİ</font>

Hadisə

10.06.2020 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Elşad Hacıyev: “Kərim Süleymanlı xəsarətləri saxlanılan zaman polisə tabesizlik göstərərkən alıb"

 

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.

 

AYNA bildirir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

“İddialar həqiqəti əks etdirmir. O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılan zaman polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”, - deyə Hacıyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş