Xilasedicilər göldə itkin düşənlərin axtarışına çıxıblar – <font color=red> VİDEO</font>

Hadisə

03.12.2019 - 13:50

Axtarışlara Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub

 

2 dekabr 2019-cu il tarixində Gürcüstan Daxili İşlər Nazirliyindən, Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün əraziyə baxış keçirilməsi barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, bununla bağlı gölün Azərbaycan Respublikası (Ağstafa rayonu) ərazisinə düşən hissəsində axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Müəllif: Ayna.az