“Biz bir çox təşəbbüslərin həyata keçirilməsini sürətləndirməliyik”
“Qərb Ukraynada çoxlu təşəbbüslər həyata keçirməlidir, o cümlədən ölkə ərazisində daha uzaqmənzilli silahlar yerləşdirilməlidir”. AYNA xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nuland “Politico” nəşrinə müsahibəsində deyib.
“Biz bir çox təşəbbüslərin həyata keçirilməsini sürətləndirməliyik. Məsələn, Ukraynaya yüksək dərəcədə çəkindirmə qabiliyyətinə malik gələcək ordu yaratmağa kömək etmək, daha uzaqmənzilli silahların yerləşdirilməsini həyata keçirməliyik", - Nuland vurğulayıb.
Nuland əlavə edib ki, Qərb ölkələri üçün kritik infrastrukturun və enerji sektorunun qorunması çox vacibdir.