Novxanıda qəza: toqquşan avtomobillər yanıb

Hadisə

02.08.2023 - 12:48

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Abşeron rayonunun Novxanı kəndində yol qəzası baş verib. AYNA xəbər verir ki, bu barədə Rayon Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, qəza nəticəsində "Mercedes” və "Kia” markalı minik avtomobilləri toqquşub.

Hər iki minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş