Liftdə qalanlar çıxarılıblar

Hadisə

12.11.2019 - 10:36

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Nərimanov və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən, 1-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az