Kristoffersen:“Norveç müdafiə xərclərini artırmalı və Rusiya ilə müharibəyə hazırlaşmalıdır”
“Norveç müdafiə xərclərini artırmalı və Rusiya ilə müharibəyə hazırlaşmalıdır”. AYNA “The Telegraph”a istinadən xəbər verir ki, bu sözləri Norveçin müdafiə naziri Eyrik Kristoffersen deyib.
Nazir bildirib ki, Norveç növbəti üç il ərzində müdafiə sahəsinə böyük sərmayə qoymalı olacaq.
Kristoffersen həmçinin qeyd edib ki, Rusiya silah ehtiyatını NATO müttəfiqlərinin gözlədiyindən çox sürətlə artırır.
“Qeyri-müəyyən və gözlənilməz dünya ilə ayaqlaşmaq üçün güclü milli müdafiə hazırlamalıyıq”, - deyə nazir vurğulayıb.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsini və NATO müttəfiqlərini Rusiya ilə hərbi münaqişəyə hazırlaşmağa çağırıb. Pistorius deyib ki, Almaniya yaxın 3-5 il ərzində silahlanmalıdır.