Norveç və Ukrayna təhlükəsizlik sazişi imzalayacaq

Dünya

16.04.2024 - 12:29

“Norveç Ukraynaya uzunmüddətli hərbi, siyasi, maliyyə və humanitar dəstək verəcək”

Norveç və Ukrayna ikitərəfli təhlükəsizlik sazişi bağlamaq barədə razılığa gəlib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə aprelin 15-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Norveçin xarici işlər naziri Espen Bart Eide deyib.

“Norveç Ukraynaya uzunmüddətli hərbi, siyasi, maliyyə və humanitar dəstək verəcək”, - nazir bildirib.

Saziş Zelenskinin Norveçin Baş naziri Yonas Qahr Störe ilə növbəti görüşündə imzalanacaq. Tarix hələ müəyyən edilməyib.

“Saziş Rusiyanın amansız, genişmiqyaslı hücumundan sonra etdiyimiz kimi, Ukraynanı dəstəkləməyə davam etmək üçün açıq siyasi öhdəliyimizi nümayiş etdirir”, - Eide əlavə edib.

Müəllif: Ayna.az