Nöqsanlara yol verən məktəb direktoru vəzifəsindən çıxarılıb

Xəbərlər

22.10.2025 - 15:16

Eşqi Bağırov əmr imzalayıb

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov işdən azad edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən bildirilib.

Qeyd olunub ki, Agentliyin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Elşad Kərimov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş